BMT-nin baş katibi ABŞ prezidenti ilə görüşüb

BMT-nin baş katibi ABŞ prezidenti ilə görüşüb
# 19 may 2018 00:04 (UTC +04:00)

BMT-nin baş katibi Antoniu Quterreş və ABŞ prezidenti Donald Tramp arasında görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, Ağ Evdə baş tutan söhbət zamanı tərəflər Şimali Koreya, Suriya, İran və BMT-nin islahatları daxil olmaqla, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

“D.Tramp baş katibin BMT-nin səmərəliliyinin artırılması istiqamətində səylərini dəstəkləyib. Tərəflər müzakirə olunan məsələlərin həlli istiqamətində birgə iş aparacaqlarını vurğulayıblar”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR