Azərbaycan səfiri Efiopiyanın mədəniyyət və turizm naziri ilə görüşüb

Azərbaycan səfiri Efiopiyanın mədəniyyət və turizm naziri ilə görüşüb
# 27 iyul 2015 10:45 (UTC +04:00)

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, ölkəmizin turizm sahəsində əldə etdiyi uğurları və regionun aparıcı turizm mərkəzinə çevrildiyini efiopiyalı nazirin diqqətinə çatdırıb.

Səfir E. Abdullayev turizmin inkişafı və turistlərin cəlb edilməsi üçün ölkəmizdə ən müasir turizm infrastrukturunun yaradıldığını, o cümlədən dünyanın tanınmış mehmanxana şəbəkələrinin mövcud olduğunu bildirib. Diplomat qədim diyar olan Azərbaycanda regionun ən qədim və zəngin maddi-mədəni və dini abidələrinin yerləşdiyini qeyd edib. Səfir Azərbaycanın bir çox mötəbər, beynəlxalq miqyaslı tədbirlərə və xüsusilə İlk Avropa Oyunlarına ev sahiblik etməsinin ölkəmizin mühüm beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olduğunu bildirib.

Ə. Əbdülqadir isə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin böyük uğurlara imza atdığını qeyd edərək, Azərbaycanın sürətlə inkişaf etdiyini və qısa zaman ərzində dünyada inkişaf etmiş bir ölkə kimi tanındığını vurğulayıb. Efiopiyalı nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və həm turizm, həm də mədəniyyət sahələrində əməkdaşlığın aparılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın aparılması və inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR