NATO Monteneqronu tərkibinə qəbul etməyə hazırdır

NATO Monteneqronu tərkibinə qəbul etməyə hazırdır
# 29 iyun 2015 02:18 (UTC +04:00)

APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, ölkədə ilk dəfədir ki, NATO-ya üzv olma tərəfdarlarının sayı üstünlük təşkil edib.

Strategic Marketing agentliyinin sorğusuna əsasən, rəyi soruşulanların 47%-i ölkənin Şimali Atlantika Alyansına üzv olmasını dəstəkləyib.

Qeyd edək ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş GLOBSEC təhlükəsizlik forumunda Böyük Britaniyanın baş naziri Devid Kemeron Monteneqronun NATO-ya daxil olmasının zəruriliyini vurğulamışdı.

NATO-nun baş katibi Yens Stoltenberq isə Monteneqronun Alyansa üzvlük məsələsinin 2015-ci ilin dekabrında həll olunacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR