Brent markalı neftin qiyməti 52 dollaradək geriləyib

Brent markalı neftin qiyməti 52 dollaradək geriləyib
# 03 avqust 2017 07:45 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34% azalaraq 49,42 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,38% azalaraq 52,16 dollar olub.

Neftin ucuzlaşmasının səbəbinə gəlincə, investorlar ehtiyatların azalma tempindən və ABŞ-da hasilatın artmasından narazıdır.


Bununla yanaşı, ABŞ-da neft emalı zavodlarının qəfil yüklənməsi investorlar tərəfindən müsbət amil kimi qəbul olunub. Belə ki, bu amil ABŞ-da enerji daşıyıcılarına tələbatın artmasına işarə edir.


Dolların çox aylıq minimumlar ətrafında ticarət olunması neftin kəskin ucuzlaşmasının qarşısını alır.


ABŞ-ın Energetika Nazirliyinin məlumatlarına əsasən, həftə ərzində ölkənin neft ehtiyatları 1,53 mln. barel azalıb. Bundan öncə Amerika Neft İnstitutu (API) həftə ərzində azalmanın 1,78 mln. barel təşkil edəcəyini proqnozlaşdırıb. "S&P Global Platts" tərəfindən keçirilən sorğuda iştirak edən ekspertlərin proqnozlarına görə, həftə ərzində azalma 2,8 mln. barel təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR