Nazirin sabiq müşavirinə qarşı dələduzluqda təqsirləndirilən şəxsin cinayət işinə baxacaq hakim bəlli olub

Nazirin sabiq müşavirinə qarşı dələduzluqda təqsirləndirilən şəxsin cinayət işinə baxacaq hakim bəlli olub
# 05 yanvar 2017 12:09 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işinə hansı hakimin baxacağı məlum olub.

APA-nın məlumatına görə, cinayət işinə hakim Əfqan Hacıyevin sədrliyi, Samir Əliyev və Fikrət Qəribovun iştirak etdiyi tərkibdə baxılacaq.

Məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.

Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.

Xatırladaq ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR