Mariya İbrahimovanın “Tanrıya məktub” filmi ABŞ-da film və ssenari festivalının müsabiqə proqramına daxil edilib

Mariya İbrahimovanın “Tanrıya məktub” filmi ABŞ-da film və ssenari festivalının müsabiqə proqramına daxil edilib
# 01 sentyabr 2015 14:45 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Rejissor Mariya İbrahimovanın “Tanrıya məktub” qısametrajlı film ABŞ-da 12-ci “DC Shorts” qısametrajlı film və ssenari festivalının müsabiqə proqramına daxil edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, film “Nar Mobile” mobil operatorunun iştirakı ilə həyata keçirilən “Üç tarix” adlı film layihəsi çərçivəsində lentə alınıb.

Sentyabr 10-dan 20-dək Vaşinqtonda keçiriləcək kinofestivalda 24 ölkədən 125 film iştirak edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2012-ci ildə start verilmiş “Üç tarix” layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünü ifadə imkanı yaratmaq, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir.

Layihə çərçivəsində müəlliflər üçün Kann festivalının “Qızıl kamera” mükafatı laureatı Vitali Kanevski tərəfindən rejissura və ssenari sənəti üzrə master-klass məşğələləri də təşkil olunub.

Bir il davam etmiş “Üç tarix”də tamaşaçılara “Yara” (T.Hacıyev), “Tanrıya məktub” (M.İbrahimova) və “Köhnə Bakı ölməyib” (M.Abiyev) filmləri təqdim olunub.

İdarədən bildiriblər ki, ABŞ-ın nüfuzlu qəzeti olan “The Washington Post” Mariya İbrahimovanın yaradıcılığına və “Tanrıya məktub” filminə xüsusi yer ayırıb (http://www.washingtonpost.com/entertainment/a-poignant-tour-of-the-azerbaijani-capitals-old-city--in-17-minutes/2015/08/27/a50a7400-4816-11e5-9f53-d1e3ddfd0cda_story.html).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR