Bank Of Baku

Gürcüstanda növbəti dəfə zəlzələ olub

Gürcüstanda növbəti dəfə zəlzələ olub
# 07 avqust 2021 10:21 (UTC +04:00)

Gürcüstanın şərqində, azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli regionunda növbəti zəlzələ olub. 

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 03.36 radələrində baş veən 3,9 bal gücündə zəlzələnin ocağı Dmanisi şəhərindən 25 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında 11 km dərinlikdə yerləşib. 

Bu, son sutka ərzində Gürcüstanda baş verən üçüncü zəlzələdir. Bundan əvvəl 6 avqust saat 19.25 radələrində bu zonada, Semeba kəndində 3,4 bal gücündə  zəlzələ qeydə alınıb. Həmin gün saat 12.55 radələrində isə Tbilisidən 24 km uzaqlıqda yeraltı təkan olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR