Azərbaycan UEFA-dan əldə olunan gəlirlərə görə Avropada 20-cidir.
Apasport.az saytının məlumatına görə, bu, qurumun 2018-ci illə bağlı hazırladığı maliyyə hesabatında öz əksini tapıb.
Azərbaycan Premyer Liqasında çıxış edən klublar hesabat dövründə UEFA-dan 10 milyon avro əldə edib.
İngiltərə hamıdan çox – 369 milyon avro qazanıb. İspaniya 254, İtaliya 247, Almaniya 215 milyon avro gəliri UEFA hesabına formalaşdırıb.
Azərbaycan UEFA-dan gələn gəlirlərə görə “20-lik”də yer alıb
16 yanvar 2020 17:02 (UTC +04:00)