Güclü qar və külək Astarada fəsadlara səbəb olub

Güclü qar və külək Astarada fəsadlara səbəb olub
# 17 fevral 2017 13:57 (UTC +04:00)

Güclü qar Astara rayonunun enerji təsərrüfatına ciddi ziyan vurub.

Rayon İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumata görə, güclü külək və qar səbəbindən rayonun elektrik və rabitə təsərrüfatı iflic olub.

İrigövdəli ağacların elektrik və rabitə kabellərinin üzərinə aşması, dayaqların və transformatorların sıradan çıxması nəticəsində gecə saatlarından başlayaraq rayon ərazisinin təxminən 80-dən artıq kəndinə rabitə və enerji verilişi dayanıb.

Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması məqsədi ilə operativ qərargah yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR