Dövlət başçısı Xızıda yol tikintisinə 850 min manat ayırıb

Dövlət başçısı Xızıda yol tikintisinə 850 min manat ayırıb
# 22 fevral 2019 14:07 (UTC +04:00)

Prezident İlham Əliyev fevralın 22-də “Xızı rayonunun Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 850 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR