Bakıda gənci avtomobil vurub

Bakıda gənci avtomobil vurub
# 13 yanvar 2020 04:03 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası zamanı 23 yaşlı oğlan ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Göy Məscidin qarşısında baş verib

1997-ci il təvəllüdlü Əliyev Elvin Mübariz oğlu piyada zolağından keçərkən minik avtomobili onu vurub. E. Əliyev 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Əliyev sağ bud sümüyünün çıxığı, üz sümüklərinin sınığı və açıq kəllə beyin travması alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR