Məhkəmə “Sıqan” ləqəbli kriminal avtoritetin şikayətini 5 il azaldıb

 Məhkəmə “Sıqan” ləqəbli kriminal avtoritetin şikayətini 5 il azaldıb
# 22 dekabr 2016 14:11 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib və onun cəzasını 20 ildən 15 ilə endirib.



Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rusiyada onun barəsində çıxarılan məhkəmə hökmünün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənib. Ona 20 il cəza təyin edilib. Lakin qərardan narazı qalan E. Məmmədov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

E. Məmmədov Rusiyada məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib. Sonra o, Azərbaycana təhvil verilib.

Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Sıqan" ləqəbi ilə tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR