Kürdəmirdə sahibkarlara 1,5 mln. manat güzəştli kreditlər verilib

Kürdəmirdə sahibkarlara 1,5 mln. manat güzəştli kreditlər verilib
# 24 noyabr 2016 13:16 (UTC +04:00)

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Kürdəmir rayonunun Atakişili kəndində keçirib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 2225 sahibkara 143,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Kürdəmirdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 266 investisiya layihəsinin maliyyələşdirilməsinə 19,6 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Kürdəmir və ətraf rayonlardan olan 50-yə yaxın sahibkara 1,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, əkinçilik, ağac emalı və s. sahələrin inkişafına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR