Dağıstanda silahlı insident baş verib, 2 nəfər ölüb - YENİLƏNİB

Dağıstanda silahlı insident baş verib, 2 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 09 mart 2018 18:48 (UTC +04:00)

Dağıstanda məişət zəminində baş vermiş silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) əsgəri və yerli sakin öldürülüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, dəqiqləşdirilmiş məlumata əsasən, atəş polis əməkdaşı tərəfindən açılıb. Onun həbs edildiyi bildirilir.

İlkin araşdırmalara görə, tərəflər arasında münaqişə pul üstündə baş verib.

***

20:22

Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) iki hərbçisi ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qerqa qəsəbəsində qeydə alınıb.

Məlumata görə, yerli sakin məişət münaqişəsi zəminində odlu silahdan atəş açaraq “Rosqvardiya”-nın iki əsgərini güllələyib. Hərbçilərin hər ikisi aldığı yaralardan hadisə yerində keçinib. Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR