GUAM ölkələrinin gömrük idarələri arasında protokol imzalanıb

GUAM ölkələrinin gömrük idarələri arasında protokol imzalanıb
# 21 dekabr 2016 12:59 (UTC +04:00)

GUAM ölkələrinin gömrük idarələri çoxtərəfli əməkdaşlığa dair protokol imzalayıblar.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Fiskal Xidməti məlumat yayıb.

Üzv ölkələr tərəfindən qarşıya qoyulan məqsəd GUAM regionunun tranzit potensialının inkişafı, investisiya cəlbediciliyinin artırılması və “Yeni İpək yolu” layihəsi vasitəsilə GUAM blokunun mövqelərinin gücləndirilməsidir.

Əməkdaşlığın əsas istiqamətləri kimi gömrük işinin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, informasiya mübadiləsi müəyyən edilib. Üzv ölkələr, eləcə də GUAM və “Yeni İpək yolu”nun digər iştirakçıları arasında sərhədlərindən keçən mal və nəqliyyat vasitələri barədə ilkin məlumatlandırma da nəzərdə tutulub.

Qeyd edək ki, təşkilat hazırda Ukraynanın təklifi ilə qarşılıqlı əmtəə dövriyyəsinin şərtlərinin yaxşılaşdırılması üçün azad ticarət zonasının yaradılması, eləcə də üçüncü dövlətlərin hesabına əlavə tranzit həcminin cəlb olunmasını nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR