Məmmədyarov: “Lapşinin məsələsinin siyasiləşdirilməsi məni hiddətləndirir”

Məmmədyarov: “Lapşinin məsələsinin siyasiləşdirilməsi məni hiddətləndirir”
# 09 fevral 2017 13:01 (UTC +04:00)

“Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”.

APA-nın məlumatına görə, bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, həmin şəxs qanunları pozub və müvafiq olaraq hüquqi əsasla cinayət işi başladılıb: “Onu hər dəfə bloger adlandırırlar. Əgər o mühəndis olsaydı, onunla maraqlanardılar? Hər şey qanun çərçivəsində edilib. Bloger olması ilə bağlı spekulyasiyalar əsas vermir ki, o, qanun qarşısında toxunulmaz olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR