İqor Bratçikov: "Xəzərin statusu ilə bağlı konvensiya layihəsi qəbul olunmağa çox yaxındır"

İqor Bratçikov: "Xəzərin statusu ilə bağlı konvensiya layihəsi qəbul olunmağa çox yaxındır"
# 25 yanvar 2017 12:14 (UTC +04:00)

“Biz Astanada keçiriləcək Xəzəryanı ölkələrin növbəti sammitində konvensiya layihəsinin imzalanması istiqamətində iş aparırıq”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

O bildirib ki, növbəti sammitin tarixini Qazaxıstan tərəfi müəyyənləşdirməlidir: “Böyük ehtimalla sammit bu il Astanada baş tutacaq”.

İ. Bratçikov işçi qrupun Bakıda keçirilən iclasını müsbət qiymətləndirib: “Danışıqlarda hər zaman çətinliklər mövcuddur. Hər bir ölkə öz mövqeyini irəli sürür və müdafiə edir. Lakin biz ortaq məxrəcə gələ bilirik. Bu, çox yaxşı göstəricidir ki, konvensiya qəbul olunmağa çox yaxındır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR