Moskvadan Bakıya iki aviareys gecikib

Moskvadan Bakıya iki aviareys gecikib
# 21 dekabr 2016 11:53 (UTC +04:00)

Əlverişsiz hava şəraiti ilə əlaqədar Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən aeroportlardan yerinə yetirilməli olan 50 reys təxirə salınıb və ya gecikir.

"APA-Economics" xəbər verir ki, "Şeremeytevo" aeroportu 43 aviareysi təxirə salıb, 70 reys gecikir.

Qeyd edək ki, bu gün "Şeremetyevo" hava limanından Bakıya iki aviareys gecikmə ilə yerinə yetirilib. Səhər saat 08:10-da Bakıya enməli olan "KLM" və "Aeroflot" şirkətlərinin təyyarələri 08:48-də Bakıya enib.

"Domodedovo" aeroportu isə 10 reysi təxirə salıb, 26 reys gecikir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR