Azərbaycanda “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməli qoyulub

Azərbaycanda “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməli qoyulub
# 26 dekabr 2016 12:04 (UTC +04:00)

Gəncədə “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi olub. Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyəti nümayəndələri iştirak edib.

Elmar Vəliyev təməlqoymada bu kimi layihələrdən danışıb: “Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində Gəncənin günü-gündən inkişaf edir. Gəncədə sənaye obyektlərinin tikilməsi silsilə xarakter alıb. Bunun nəticəsində ölkənin inkişaf etməsi ilə yanaşı yüzlərlə insan işlə təmin olunacaqlar”. “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun bağlı sahəsinin 50 min kvadrat metr olacağını vurğulayıb. Bu sahənin 2016-cı ilin mart ayında Satınalma və Ticarət MMC-ə verildiyini qeyd edən zavod direktoru bildirib ki, ərazinin təpələrdən və dərələrdən düzəlməsi, hamarlanması və bərkidilməsinə 8 ay ərzində 150 nəfər işçi çalışıb. Zavodun Zaqafqaziyada yeganə suni mərmər və qranit istehsal edəcəyini vurğulayan Aqil Həsənov qeyd edib ki, tikinti materialları ölkə xaricinə də ixrac ediləcək. Sonra sənaye obyektinin təməli qoyulub. Dəmiryolu xəttinin vasitəsilə xammalların ətraf rayondan tikinti gedən sahəyə danışması, onları hazır məhsula çevrilib yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulub. 2017-ci ilin noyabr ayında istehsala başlayacaq zavodda 400 nəfərdən çox işçi çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR