Akademik Maqsud Əliyev II Fəxri xiyabanda dəfn edilib

Akademik Maqsud Əliyev II Fəxri xiyabanda dəfn edilib
# 26 dekabr 2016 12:28 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Maqsud Əliyevlə vida mərasimi keçirilib. AMEA-dan APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik Bahadur Tağıyev, AMEA-nın müxbir üzvü Yusif Məmmədov M. Əliyevin fizika elminə verdiyi töhfələrdən söhbət açıblar.

Mərhumun ailəsi adından çıxış edən Xanlar Həsənov alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.

Akademik II Fəxri xiyabanda dəfn edilib.

Böyük Vətən müharibəsi iştirakçısı olmuş M. Əliyev 1950-ci illərdən fizika elmi üzrə ciddi tədqiqatlara başlayıb. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib. Yarımkeçiricilər fizikasında öz məktəbini yaradan M. Əliyev qazandığı nailiyyətlərə görə “Əməkdar elm xadimi” fəxri adına, Yusif Məmmədəliyev adına mükafata, həmçinin “Şöhrət” ordeninə layiq görülüb. M. Əliyev 400-dən çox elmi əsərin, 30 şəhadətnamə və patentin müəllifi, bir çox elmi şura və komissiyaların üzvü olaraq ölkədə intellektual və etik mədəniyyətin inkişafına dəyərli töhfələr verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR