MSK-da siyasi təşkilatların səlahiyyətli nümayəndələri qeydə alınıb

MSK-da siyasi təşkilatların səlahiyyətli nümayəndələri qeydə alınıb
# 08 sentyabr 2015 13:31 (UTC +04:00)


Bakı. Etibar Məmmədov – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Azadlıq 2015” siyasi partiyalar blokunun 57 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə 6 nümayəndəsi qeydə alınıb.

Sonra Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) 15, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7, Azərbaycan Sosial Rifah Partiyasından 4, Müsavat Partiyasından 18, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 10 nəfər, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 nəfər səlahiyyətli nümayəndə qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR