BŞBPİ marşrut avtobuslarında oğurluqla məşğul olan şəxslərin fotolarını yayıb - FOTO - VİDEO

BŞBPİ marşrut avtobuslarında oğurluqla məşğul olan şəxslərin fotolarını yayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 sentyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.

APA-nın xəbərinə görə, BŞBPİ avqustun 26-da 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinərək tutulan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyevanın görüntülərini yayıb.

Həmin şəxsləri tanıyanlardan, onların başqa cinayətlərinin şahidi olanlardan və ya onların əməllərindən zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR