Meksikada zəlzələdə ölənlərin sayı 248 nəfərə çatıb - YENİLƏNİB-4

Meksikada zəlzələdə ölənlərin sayı 248 nəfərə çatıb  - <span style="color: red;">YENİLƏNİB-4
# 20 sentyabr 2017 08:01 (UTC +04:00)

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı artır.

APA-nın “RİA Novosti”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente bildirib ki, ölənlərin sayı 248-a yüksəlib.

Bundan əvvəl 226 nəfərin öldüyü bildirilmişdi.

***

09.19

Meksikada zəlzələ nəticəsində 149 nəfərdən çox adam ölüb.



APA-nın “Guardian”-a istinadən verdiyi xəbərə görə, dağıntıların altında xeyli insan qalıb. Meksika prezidenti Enrike Penya Neto əhaliyə müraciət edərək, təşvişə düşməməyi tapşırıb: “Hazırda əsas işimiz dağıntılar altında qalmış insanları xilas etmək və xəsarət alanlara yardım etməkdir”.

Dövlət başçısı deyib ki, zəlzələ ilə əlaqədar Mexio şəhərinin 40%-də , Morelos ştatının isə 60 %də elektriklər kəsilib.

***

06.44


Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente bildirib.

“Hazırda 139 nəfərin ölməsi barədə məlumatımız var: 64 nəfər – Morelos ştatında, 36 – Mexikoda, 29 – Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerero ştatında ölüb”, - deyə Luis Felipe Puente bildirib.

Foro TV telekanalı isə təbii fəlakət zamanı 143 nəfərin öldüyünü iddia edir.

Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb.

Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb.

Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.

Təkanlar paytaxt Mexikoda hiss olunub. Məlumata görə, Benito Xuares adına hava limanının fəaliyyətini müvəqqəti dayandırılıb.

***** 00.44

Meksikanın Morelos ştatında 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 42 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Qrako Ramires bildirib.

Yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.

Son məlumata görə, təbii fəlakət nəticəsində 5 nəfər ölüb.

Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb.

Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.

Təkanlar paytaxt Mexikoda hiss olunub. Məlumata görə, Benito Xuares adına hava limanının fəaliyyətini müvəqqəti dayandırılıb.

**** 00.28

Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında maqnitudası 7,1 olan zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.

Son məlumata görə, təbii fəlakət nəticəsində 5 nəfər ölüb.

Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb.

Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR