® “Hyundai 4 dəfə aşdı, 12 hava yastığının heç biri açılmadı” iddiasına rəsmi cavab gəldi - FOTOSESSİYA

<font color=red>® </font>“Hyundai 4 dəfə aşdı, 12 hava yastığının heç biri açılmadı” iddiasına rəsmi cavab gəldi - <span style="color: red;">FOTOSESSİYA
# 08 sentyabr 2015 09:24 (UTC +04:00)

Özünüzü 300 km/saat sürətlə hərəkət edən bir əşya ilə toqquşmuş hesab edin. Bax, bu, qəza anında açılan hava yastığıdır. Funksiyası, kobud desək, ölümdən qorumaq olan bu yastıqların açılmasına verilən tələblər də böyükdür və hər kiçik qəza və toqquşmada hava yastığı açılmamalıdır. Çünki ehtiyac olmasa, avtomobildəki sürücü və sərnişinlərin həyatını xilas etmək əvəzinə, ala bilər. Təəssüf ki, bir çox sürücü avtomobildəki hava yastığını yumşaq balış kimi təsəvvür edir. Sürücülərdə hava yastıqlarının funksiyası barədə bu məlumatsızlıq avtomobil şirkətlərinə qarşı narazılıq və iddialarla qarşılaşır.

Bir neçə gün əvvəl bir neçə saytda “Hyundai 4 dəfə aşdı, 12 hava yastığının heç biri açılmadı” başlığı ilə verilmiş iddialara istehsalçı təmsilçisi kimi Auto Azerbaijan şirkəti cavab verib. Cavabın həm Hyundai sahiblərinə, həm də bütün sürücülərə maraqlı olacağını nəzərə alıb, olduğu kimi dərc edirik:

“Təəssüflə qeyd edirik ki, şirkətimizə müraciət etmədən birbaşa mediaya üz tutaraq, Hyundai haqqında iftira yazan Şəki sakini İsmayılov Elşən Etibar oğlunun məktubunu bəzi media orqanları dərc edib. Məktubda Hyundai brendinin nüfuzuna xələl gətirən məqamlarla yanaşı, sürücülərə avtomobildəki hava yastıqlarının funksiyaları barədə də çaşdırıcı məlumat verən hissələr var. Buna görə də, bir avtomobil markası kimi, müştərilərimizin, eləcə də bütün sürücülərin ehtiyatlı davranması üçün bu iftira dolu məktuba cavab verməyi özümüzə borc bilirik.

Əvvəla onu bildirməliyik ki, hələ də bizim əlimizdə Dövlət Yol Polisi tərəfindən tərtib olunmuş qəza protokolu yoxdur və avtomobilin hansı şəraitdə, hansı formada neçə dəfə aşdığını dəqiq bilmirik. Nəzərə alsaq ki, İsmayılov Elşən Etibar oğlunun yaydığı məlumatda xeyli yalan informasiya var, onda “4 dəfə aşmaq” iddiasına da inanmamağa haqqımız var.

Digər tərəfdən, avtombillə bağlı məktubda qeyd olunan yalanlara aydınlıq gətirilməsi də zəruridir. Belə ki, iftira xarakteri daşıyan iddiada deyildiyi kimi, bu avtomobildə 12 hava yastığı yox, 6 hava yastığı var. İkisi öndə, ikisi ön öturacaqlarda və bir də pərdə hava yastıqları.

İkincisi, avtomobil 240.000 km-dək yol gedib və 4 il 100 min km olan zəmanət müddəti də çoxdan bitib. “Zəmanət müddəti bitən avtomobildə hava yastığı açılmamalıdır” iddiası irəli sürmək fikrindən tamamilə uzaq olsaq da, müəllifin yalan ittihamlarına cavab verməyə bilmərik. “İstifadəçi kitabçasında” qeyd edildiyi kimi, hava yastığı modulu qoruyucu yastıqların açılmasını ancaq ilk qəza anında zərbənin dəymə yeri, şiddəti, istiqaməti və qoruma qabiliyyətini nəzər alaraq sistemi işə salır. Vacib məqam odur ki, avtomobil ön və yan tərəflərdən zərbə almayaraq aşıbsa, təhlükəsizlik yastıqları açılmamalıdır. Şirkətimizin texniki qrupunun Şəki şəhərində avtomobilə baxış keçirib çəkdiyi şəkillərə istinadən görünür ki, sol yan tərəfi tam olaraq, yük bölməsi, ön bufer və radiator barmaqlıqları (zərbə sensorları bu zonada yerləşir) zərbə almayıb. Bu da o deməkdir ki, avtomobilin 4 dəfə aşması iddiası qeyri-realdır.

Yorucu da olsa, faydalı olduğunu düşünüb, bir qədər texniki məlumat paylaşmaq fikrindəyik:

Hava yastıqları müəyyən alqoritm ilə istehsal olunur və istehsalçılar da Bosch, Continental, Siemens, Takata və s. kimi şirkətlərdir. Öndən zərbə zamanı yastıqların açılması üçün avtomobildə ikisi ön şassi sisteminə, ikisi də yan orta sütunlar uzərinə yərləşdirilmiş sensorların zərbəni hiss etməsi mütləqdir. Əks təqdirdə, açılmağına ehtiyac olmadığını “hiss edərək” açılmaz. Yəni, hava yastığının işi ehtiyac olduğu zaman qorumaqdır, açılmaq deyil. Əgər hava yastığı açılanda qorumayacaqsa, onda açılmır. Yanlardakı hava yastıqları isə eynilə öndən zərbə anında olduğu kimi, yandan A, B və ya C sütunlarından biri zərbə aldığı vaxt açılır, yuvarlanma, aşma və s. hallarda isə ümumiyyətlə açılmamalıdır. Çünki açıldığı təqdirdə müvazinətini itirmiş sərnişinlərin həyatını qorumaqdansa, həyati təhlükə yarada bilər.

İsmaylov Elşən Etibar oğlunun 4 dəfə aşdığını iddia etdiyi avtomobilində mühərrik işləyir və qətiyyən zərər görməyib, interyerində ümumiyyətlə xəsarət yoxdur. Sol tərəfdə yüngül cızıqlar olsa da qətiyyən deformasiyadan söhbət gedə bilməz. Avtomobilin damında – tam panoram dam örtüyünün yalnız birinci hissəsinin qırılmasından başqa deformasiya yoxdur. Belə olan halda hava yastıqları açılmamalıydı və açılmayıb.

“Auto Azərbaycan” şirkəti olaraq, bütün Hyundai müştərilərinə, eləcə də avtomobili olan hər kəsə bir daha bildirmək istəyirik ki, birinci növbədə yol hərəkəti qanunlarına tam riayət edib qəzalardan maksimum qorunmaq lazımdır” şirkətin cavab məktubunda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR