“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində nəşr olunub

“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində nəşr olunub
# 30 mart 2018 08:34 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində çap olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitab Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi tərəfindən tərcümə və nəşr edilib. Kitabı gürcü dilinə tərcümə edən İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Cabuki Kiriyadır.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı bundan əvvəl ingilis, rus və ispan dillərində də nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR