Düşənbədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına növbəti silahlı hücum edilib

Düşənbədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına növbəti silahlı hücum edilib
# 05 sentyabr 2015 18:24 (UTC +04:00)

Bakı-APA. Tacikistanın paytaxtı Düşənbədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına növbəti silahlı hücum edilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Tacikistan DİN-dəki mənbə bildirib. “Naməlum şəxslərdən ibarət silahlı qrup Düşənbənin şərqində, Vəhdət şəhəri istiqamətindəki milis postunu atəşə tutub”, deyə mənbə bildirib. Hücum nəticəsində bir asayiş keşikçisi həlak olub, bir neçə nəfəri isə yaralanıb.

Qeyd edək ki, sentyabrın 4-də Düşənbə aeroportu yaxınlığında silahlı şəxslər və milis arasında atışma baş verib. Bundan başqa Düşənbədə milis şöbəsi silahlı hücuma məruz qalıb.

Məlumata görə, hücumlar Tacikistanın müdafiə nazirinin sabiq müavini Cunaydullo Umarov tərəfindən təşkil olunub.

Son məlumata görə, atışmalar zamanı ölənlərin sayı 44 nəfərə çatıb. Onlardan 33-ü Tacikistan DİN və Müdafiə Nazirliyinin əməkdaşları, 9 nəfəri isə sabiq nazir müavinin silahlı dəstəsinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR