Moskvadan Astraxana gedən təyyarə məcburi eniş edib

Moskvadan Astraxana gedən təyyarə məcburi eniş edib
# 19 may 2018 12:49 (UTC +04:00)

Moskva-Astraxan aviareysini həyata keçirən "Boeing 737" təyyarəsi Vnukovo hava limanına geri qayıtmalı olub.

APA-nın “İnterfax”-a istinadən verdiyi xəbərə görə, təyyarə havada ikən sağ mühərrikində problem qeydə alınıb.

Təyyarədə 170 sərnişinin olduğu bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, “Boeing 737 – 800” modelli təyyarələr 2014-2015-ci illərdə istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR