Zaqatala sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb - FOTO - VİDEO

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2015 20:40 (UTC +04:00)

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 2-də rayonun Çobankol kənd sakini, 1962-ci il təvəllüdlü Fətəli Abdulla oğlu Kərimov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 53 yaşlı Fətəli Kərimov yaşadığı kəndin yaxınlığında icarəyə götürdüyü bağda qoz ağacına çıxıb və qoz çırpan zaman ehtiyatsızlıqdan yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fətəli Kərimova qapalı kəllə-beyin travması, beş qabırğasının və qasıq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR