Yaponiyada yük gəmisi batıb, itkin düşənlər var

Yaponiyada yük gəmisi batıb,  itkin düşənlər var
# 22 avqust 2017 02:42 (UTC +04:00)

Yaponiyanın Naqasaki prefekturası yaxınlığında yük gəmisi qəzaya uğrayıb, 5 nəfər itkin düşüb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, “Aoi Maru” adlı barja Küsü və Xirado adalarını birləşdirən ərazidə batıb.

Ekipaj üzvlərindən birini yaxınlıqda üzən gəmi xilas edib. O bildirib ki, gəminin göyərtəsində daha 5 nəfər olub. Onların taleyi hələ ki, məlum deyil.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR