"Beynəlxalq axtarışda olan Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov heç vaxt gizlənməyib. O, son üç ildə Türkiyədə yaşayıb".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Telman İsmayılovun vəkili Marina Razina bildirib. "Telman İsmayılov heç vaxt gizlənməyib. Onun xaricdə olması ilə bağlı xəbər Rusiyada deyil, uzun illər xaricdə yaşamasına əsaslanır. Son üç ildə daimi olaraq Türkiyə ərazisində yaşayıb", - deyə vəkil vurğulayıb.
M. Razina qeyd edib ki, bu məqam istintaqa məlum idi: "Belə ki, Telman İsmayılov istintaqın sorğusunda xarici pasportunun nüsxəsi ilə öz ünvanını dəqiq göstərib".
Qeyd edək ki, bu gün Moskva Şəhər Məhkəməsində Telman İsmayılovun barəsində qiyabi həbs qərarından şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib və əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, noyabrın 13-də yəhudi əsilli azərbaycanlı iş adamı Telman İsmayılov 2 nəfərin qətlinin təşkilində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Məhkəmə onun qiyabi həbsi barədə sanksiya verib. Bu cinayət işi çərçivəsində T. İsmayılovun qardaşı Rafiq İsmayılov həbs olunub. O, iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. Barəsində həbs qərarı verilən Rafiq İsmayılov və Mehman Kərimov iki və ya daha çox şəxsin qətlində ittiham olunurlar.
Məhkəmə Telman İsmayılovun apellyasiya şikayətini rədd edib
15 noyabr 2017 10:51 (UTC +04:00)
Hadisə
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var - FOTO
21:19
10 may 2024
Hacıqabulda yol qəzası baş verib, xəsarət alan var
20:08
10 may 2024
İmişlidə 10 yaşlı uşağın itkin düşməsi barədə cinayət işi üzrə icraat bərpa edilib
18:01
10 may 2024
Suraxanıda avtomobillərdən bank kartları oğurlamaqda şübhəli bilinən şəxs tutulub
16:39
10 may 2024