Şamaxıda qohumunu öldürən şəxs yaxalanıb

Şamaxıda qohumunu öldürən şəxs yaxalanıb
# 11 avqust 2015 11:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şamaxıda qətl törədilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Şamaxı şəhərində yaşayan Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirib “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş İ.Novruzov orada ölüb.

Görülmüş tədbirlərlə Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR