Binəqədidə Gənclər Günü qeyd edilib

Binəqədidə Gənclər Günü qeyd edilib
# 03 fevral 2017 08:17 (UTC +04:00)

Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gənclər Günü qeyd edilib.

Binəqədi rayon İH-dən APA-ya verilən məlumata görə, tədbirdə İH başçısı Xaləddin İsgəndərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami, rayon gəncləri, İslam Həmrəyliyi Oyunlarının könüllüləri, “Ölkəmizi Tanıyaq” layihəsinin iştirakçıları, 2016-cı ildə ən yüksək balla ali məktəblərə qəbul olunmuş rayon gəncləri, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, Misir, Türkiyə, İndoneziya , Yəmən , ÇAD , Fələstin, İraq, İordaniyadan olan, ölkəmizdə təhsil alan tələbələr iştirak ediblər.

Tədbir dövlət himni ilə açıq elan edilib. Daha sonra tədbirin aparıcıları 2 Fevral Gənclər Günü ilə bağlı geniş məlumat veriblər.

Sonra çıxış edənlər Gənclər Gününün əhəmiyyətindən danışaraq, bu günün ulu öndər Heydər Əliyev tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırıblar. Natiqlər ölkə başçısı tərəfindən gənclər dövlət siyasətinə qiymət verildiyini vurğulayıblar.

Binəqədi Rayon İH başçısı Xaləddin İsgəndərov bildirib ki, gənclik kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərə sadiq, əyilməz, tükənməz gücdür. Natiq çıxışında Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verib.

Gənclər günü ilə bağlı rayonun ictimai, siyasi həyatında fərqlənən bir qrup gənci, Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllüləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR