Əbülfəz Qarayev "EXPO Milan 2015" sərgisində bır sıra görüşlər keçirib

Əbülfəz Qarayev "EXPO Milan 2015" sərgisində bır sıra görüşlər keçirib
# 03 avqust 2015 15:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra görüşlər keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ə. Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Görüşdə Azərbaycan-YUNESKO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.


Konfrans çərçivəsində Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Qatarın mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Bəhreynin mədəniyyət naziri Şaikha Mai Əl Xəlifə, Omanın mədəniyyət naziri Haitham Tarik Taimoor Əl Said, Türkmənistanın mədəniyyət naziri Annageldi Qarajayev, Albaniyanın mədəniyyət naziri Mirela Kumbaro Furxi və Belorusun mədəniyyət nazirinin müavini İrina Driga ilə keçirilən görüşlər zamanı mədəniyyətin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq məsələləri müzakirə edilib.


Görüşlər zamanı Ə. Qarayev 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verərək həmkarlarını tədbirə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR