Bakıda qadın sürücü qarət edilib

Bakıda qadın sürücü qarət edilib
# 14 oktyabr 2016 10:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində qadın sürücü qarət edilib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Ramilə Ramazanovanın idarə etdiyi avtomobilə oturan naməlum şəxs düşərkən içərisində 100 manat, 100 ABŞ dolları və sənədlər olan pul kisəsini götürərək qaçıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ceyhun Abdullayev tutulub.

Fakta bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR