Azərbaycan qeyri-neft məhsullarının ixracını 24%-dən çox artırıb

Azərbaycan qeyri-neft məhsullarının ixracını 24%-dən çox artırıb
# 15 iyul 2015 08:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə əmtəə ixrac olunub, 120 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələri və digərləridir.

Beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 11 mlrd. 723,6 mln. dollar, o cümlədən ixracın həcmi 7 mlrd. 655,8 mln. dollar, idxalın həcmi 4 mlrd. 67,8 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 588 mln. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 24,4% artaraq 732,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR