Çavuşoğlu: “Suriya məsələsində Ankara və Moskva arasında fikir ayrılığı var”

Çavuşoğlu: “Suriya məsələsində Ankara və Moskva arasında fikir ayrılığı var”
# 02 noyabr 2016 13:45 (UTC +04:00)

Ankara Suriya münaqişəsinin nizamlanmasında mübahisəli məsələlər, o cümlədən Bəşər Əsədin taleyi mövzusunda Rusiya ilə dialoq aparır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Rossiya24” telekanalına müsahibəsində bildirib. O deyib ki, B. Əsədin sonrakı taleyi, eləcə də müxaliflərlə terrorçuların fərqləndirilməsi mövzularında Türkiyə ilə Rusiya arasında fikir ayrılığı var: “İlk növbədə bombardmanlar dayandırılmalı, atəşkəs təmin olunmalıdır. Müharibənin getdiyi və rejimin bombardmanları davam etdirdiyi bir vəziyyətdə qüvvələri bir-birindən ayırmaq mürəkkəb işdir”.

M. Çavuşoğlunun sözlərinə görə, Suriya münaqişəsinin hərbi yolla deyil, siyasi yolla nizamlanması daha məqbuldur: “Bu məsələdə Rusiya ilə Türkiyə arasında fikir ayrılığı yoxdur. Əlbəttə ki, bizim aramızda siyasi həll yolunun axtarışının hansı əsasda aparılması barədə fikir ayrılığı var. Suriyada atəşkəs və siyasi nizamlanmanın axtarışı üçün Türkiyə və Rusiyanın rolu çox böyükdür. Burada biz mövqelərimizi yaxınlaşdırmağa cəhd edirik. Çünki regionda sabitlik üçün Türkiyə və Rusiya dialoqu çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR