Rusiyada sərnişin mikroavtobusu aşıb, yaralılar var

Rusiyada sərnişin mikroavtobusu aşıb, yaralılar var
# 31 dekabr 2019 22:40 (UTC +04:00)

Çərşənbə axşamı Rusiyanın Saratov vilayətində mikroavtobusun aşması ilə müşayiət olunana yol-nəqliyyat hadisəsəi baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Balaşov rayonunda qeydə alınan yol qəzasında iki nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, içərisində 11 nəfərin olduğu "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Hadisənin baş verməsinə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı Yol polisi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR