Yunanıstanın paytaxtında partlayış baş verib

Yunanıstanın paytaxtında partlayış baş verib
# 12 oktyabr 2016 23:27 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın paytaxtı Afinada partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində yerləşən kitab mağazasında qeydə alınıb.

Partlayış zamanı mağaza bağlı olub. Bu səbəbdən zərərçəkən olmayıb.

“Naftemporiki” nəşrinin məlumatına əsasən, insidentdən yarım saat əvvəl naməlum şəxs redaksiyaya zəng vuraraq kitab mağazasında partlayıcı qurğu yerləşdirdiyini bildirib.

Faktla bağlı polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR