Rusiyada evdə üç uşaq yanaraq ölüb

Rusiyada evdə üç uşaq yanaraq ölüb
# 09 fevral 2018 07:27 (UTC +04:00)

Rusiyanın Nijni Novqorod şəhərində ikimərtəbəli evdə yanğın baş verib.

APA-nın “Life.ru”-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Yanğın nəticəsində ailənin 2012, 2013 və 2017-ci il təvəllüdlü üç uşağı yanaraq ölüb.

Yanğına səbəb uşaqların evdə yandırılan sobayla oynaması göstərilir.

Məlumata görə, hadisə zamanı böyüklər də evdə olub, ancaq onlar pəncərədən qaçaraq həyatlarını xilas edə biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR