Məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri cərimələnib - FOTO

Məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri cərimələnib - <span style="color: red;">FOTO
# 22 avqust 2017 13:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Elnarə Rəhimova tərəfindən kənd ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud

qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı, daşınmadığı və bu səbəbdən ətrafa kəskin iyin yayıldığı müəyyən edilib.

Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri R.Allahverdiyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda, Xoşbulaq kəndi ərazisində tullantıların idarə olunmasında aşkar olunan pozuntuların aradan qaldırılması məqsədilə
zəruri tədbirlərin görülməsi üçün Daşkəsən rayon İcra Hakimiyyətinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR