Latın Amerikası ölkələri Venesuelada keçirilən seçkiləri tanımaqdan imtina edib

Latın Amerikası ölkələri Venesuelada keçirilən seçkiləri tanımaqdan imtina edib
# 31 iyul 2017 10:04 (UTC +04:00)

Latın Amerikası ölkələri – Argentina, Braziliya, Meksika, Peru, Panama, Kosta-Rika və Çili bazar günü Venesuelada Konstitusiya Assambleyasına keçirilmiş seçkiləri tanımadıqlarını bəyan ediblər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, adı çəkilən ölkələrin xarici işlər nazirlikləri müvafiq bəyanatla çıxış ediblər.

Meksika XİN-in bəyanatında deyilir ki, Venesuela hökuməti Konstitusiyaya, ümumbəşəri demokratik dəyərlərə zidd olan, ölkənin yaşadığı böhranı daha da dərinləşdirən seçki keçirib. Mexiko ölümlə nəticələnən zorakılıqları və repressiyaları pisləyib.

Braziliya hökuməti Venesuela hökumətini Konstitusiya Assambleyası formalaşdırılmasını dayandırmağa və demokratik düzənin bərpası, hakimiyyətin sülh yolu ilə ötürülməsi, insan haqlarının və hakimiyyət qollarının müstəqilliyinin təminatı üçün ictimaiyyətlə effektiv dialoq yaratmağa çağırıb.

Çili XİN-n bəyanatında Venesuelada keçirilmiş seçkilərin böhranı dərinləşdirəcəyi bildirilir və seçki qanunsuz adlandırılır. Peru hökuməti isə Şimali və Cənubi Amerika XİN rəhbərlərinin təcili müşavirəsinin çağırılması təşəbbüsü ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR