Qusarda silsilə oğurluq törədən dəstə üzvləri tutulub

Qusarda silsilə oğurluq törədən dəstə üzvləri tutulub
# 09 fevral 2018 07:41 (UTC +04:00)

Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirilib ki, araşdırmalarla mağazadan 700 manat pul, 1ədəd “HP” markalı kompüter, 1 ədəd printer, 1 ədəd “Nokia” markalı mobil telefon, 91 qutu müxtəlif növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Baxış zamanı əvvəllər məhkum olmuşlar - Xaçmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzağa Cəlilovda metal linglər, qara maska və əlcək aşkarlanıb.

Onların digər cinayətlərinin də üstü açılıb. Həmin şəxslərin ötən ilin noyabrından bu ilin fevralınadək Qusar, Quba, Şabran və Xaçmaz rayonlarında 13 mağazadan pul, danışıq kartları, müxtəlif növ tutun məmulatları və ərzaq məhsulları oğurladıqları müəyyənləşib.

Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR