Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 09 mart 2018 00:28 (UTC +04:00)

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılıb.

“Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edib. İtaliyada keçirilən qarşılaşmanın ilk hissəsində meydan sahiblərini 2 dəfə mərkəzə dəfət edən londonlular 1/4 finalın qapısını aralayıb.

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olmuş "Atletiko” ilk oyununu evdə keçirib. Madrid təmsilçisi Moskva “Lokomotiv”inin qapısından 2 cavabsız top keçirməklə, böyük üstünlük əldə edib.

Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya" gözlənilmədən doğma azarkeşləri önündə Avstriya "Zalsburq"una uduzub.

Avropa Liqasında mübarizə aparan Rusiyanın hər 3 klubu ilk görüşdə rəqibinə məğlub olub.

Ümumiyyətlə, 1/8 final mərhələsinin ilk qarşılaşmaları olduqca məhsuldar alınıb. Təsadüfi deyil ki, 8 görüşdə qapılara 22 top vurulub.

Avropa Liqası

1/8 final, ilk oyunlar

8 mart

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:2

Qollar: Mxitaryan, 15; Remsi, 45+4

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 3:0

Qollar: Saul, 22; Dieqo Kosta, 47; Koke, 90

“Borussiya" D. (Almaniya) – “Zalsburq” (Avstriya) - 1:2

Qollar: Şürrle, 62 - Berişa, 49, (pen.), 56

MOİK (Rusiya) – “Lion” (Fransa) - 0:1

Qol: Marselo, 68

"Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2

Qollar: İmmobile, 54; Anderson, 62 - Tsiqankov, 52; Moraeş, 79

“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) - 2:1

Qollar: Bruma, 56; Verner, 77 - Krişito, 86

“Marsel” (Fransa) – “Atletik” (İspaniya) - 3:1

Qollar: Okampos, 1, 57; Paye, 14 - Aduriz, 45+3 (pen.)

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) - 2:0

Qollar: Montero, 45+1, 49

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR