Çexiya Senatı sədrinin Bakıya səfəri gözlənilir

Çexiya Senatı sədrinin Bakıya səfəri gözlənilir
# 21 oktyabr 2016 12:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Çexiya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir”.

APA-nın məlumatına görə, bunu Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonki keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir: “Azərbaycan Çexiyaya neftin diversifikasiyası sahəsində dəstək verir. Biz neftin 30 faizini Azərbaycandan alırıq. Şirkətlərimiz Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi infrastruktur layihələrində fəaldır. Gələn ilin yanvarında Bakıda hökumətlərarası komissiyanın iclası planlaşdırılır”.

Səfir onu da bildirib ki, Çexiya Senatının sədri Milan Ştexın Azərbaycana səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR