Cavad Zərif: "Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır"

 Cavad Zərif: "Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır"
# 28 noyabr 2017 09:21 (UTC +04:00)

Ermənistana rəsmi səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, E. Nalbandyan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqeyinə görə həmkarına təşəkkürünü bildirib.

İran və Ermənistanın yaxşı qonşu olduğunu vurğulayan M. C. Zərif isə deyib ki, hər iki ölkə arasında son illər siyasi və iqtisadi sahələrdə əməkdaşlıq daha da fəallaşıb. O qeyd edib ki, Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır.

Səfər çərçivəsində Ermənistan-İran biznes forumunun keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR