Gürcüstanda müsəlman icmasının ixtiyarına 20 məscid verilib

Gürcüstanda müsəlman icmasının ixtiyarına 20 məscid verilib
# 29 noyabr 2016 12:08 (UTC +04:00)

Gürcüstanda müsəlman icmasının ixtiyarına 20 məscid verilib.

APA-nın “Novosti Qruzii” saytına istinadən verdiyi məlumata görə, müvafiq qərar Din məsələləri üzrə Dövlət Agentliyinin dini icmaların əmlak və maliyyə məsələlərini araşdıran komissiyasının iclasında qəbul olunub.

Sözügedən məscidlərin əksəriyyəti ölkənin qərb hissəsində yerləşir.

Toplantıda müsəlman icmasının qaldırdığı 24 məsələnin hamısı təmin olunub.

Qeyd olunub ki, hazırda Gürcüstanda 250-dən çox məscid fəaliyyət göstərir. Artıq 150 məscid müsəlman icmasının ixtiyarına verilib. Yerdə qalan məscidlərin müsəlmanların ixtiyarına verilməsi istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR