“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi MM-də müzakirə olunacaq

“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi MM-də müzakirə olunacaq
# 25 yanvar 2018 08:21 (UTC +04:00)

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün yaz sessiyasında ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitənin ötən sessiyada gördüyü işlər barədə hesabat verilib.

İclasda yaz sessiyasının iş planı barədə müzakirə aparılıb. Bildirilib ki, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi artıq hazırdır. Qanun layihəsinin müvafiq qurumların rəyindən sonra bu sessiyada müzakirəyə çıxarılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR