Xırdalanda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB

Xırdalanda yataqxanada yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2018 08:32 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

10.21

Xırdalanda yataqxana binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR