ABŞ Filippinə terrorçularla mübarizədə hərbi yardım təklif edib

ABŞ Filippinə terrorçularla mübarizədə hərbi yardım təklif edib
# 08 avqust 2017 04:36 (UTC +04:00)

ABŞ Filippinə İŞİD-lə əlaqəli terrorçularla mübarizədə hərbi yardım təklif edib.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Bildirilir ki, müvafiq təkliflə Manilada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində ABŞ-ın dövlət katibi Reks Tillerson çıxış edib. Hazırda tərəflərin nəzərdən keçirdikləri plana əsasən, ABŞ-ın pilotsuz uçan aparatları Filippinin cənubunda gizlənən terrorçuların mövqelərinə hava zərbələri endirəcək.

Qeyd edək ki, Filippinin prezidenti Rodriqo Duterte adıçəkilən ərazidə hərbi vəziyyət elan edib.

Bundan əvvəl ABŞ Filippinə iki “Cessna 208B” kəşfiyyat təyyarəsi, minədək raket və digər silah-sursat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR