Şimali Koreyada Fidel Kastronun ölümü ilə bağlı matəm elan edilib

Şimali Koreyada Fidel Kastronun ölümü ilə bağlı matəm elan edilib
# 28 noyabr 2016 03:06 (UTC +04:00)

Şimali Koreyada Fidel Kastronun ölümü ilə bağlı üç günlük matəm elan edilib.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, Şimali Koreya Əmək partiyası, Ali Xalq Məclisi və nazirlər kabinetinin qərarına əsasən noyabrın 28-dən 30-dək ölkədə əyləncəli tədbirlər təxirə salınacaq, bayraqlar endiriləcək.

Noyabrın 27-də Şimali Koreya lideri Kim Çen In Kuba rəhbərliyinə başsağlığı teleqramı göndərib.

Qeyd edək ki, bundan əvvəl Əlcəzair, Nikaraqua, Venesuela və Uruqvayda Fidel Kastronun ölümü ilə bağlı matəm elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR